Gürcüstanın GUAM PA-dakı nümayəndə heyəti müəyyənləşib

Gürcüstanın GUAM PA-dakı nümayəndə heyəti müəyyənləşib Gürcüstan parlamentinin bugünkü növbədənkənar iclasında ölkənin GUAM Parlament Assambleyasındakı (PA) yeni nümayəndə heyətinin tərkibi təsdiqlənib.
Region
5 Yanvar , 2021 19:33
Gürcüstanın GUAM PA-dakı nümayəndə heyəti müəyyənləşib

Gürcüstan parlamentinin bugünkü növbədənkənar iclasında ölkənin GUAM Parlament Assambleyasındakı (PA) yeni nümayəndə heyətinin tərkibi təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, nümayəndə heyətinə Giorgi Xelaşvili rəhbərlik edəcək.

Heyətin əsas tərkib hissəsi üç deputat – G.Xelaşvili, Kaxa Kaxişvili və David Matikaşvilidən ibarət olacaq. Ehtiyat heyətdə Levan Mqaloblişvili, Kaxaber Kuçava və İrakli Zarkua yer alıb.

Son xəbərlər

Orphus sistemi