Gürcüstanın dövlət naziri azərbaycanlılarla görüşüb

Gürcüstanın dövlət naziri azərbaycanlılarla görüşüb Gürcüstanın Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Tea Axvlediani azərbaycanlıların sıx yaşadıqları Kvemo Kartli bölgəsinə səfər edib.
Region
18 Sentyabr , 2020 22:43
Gürcüstanın dövlət naziri azərbaycanlılarla görüşüb
Tea Axvlediani

Gürcüstanın Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Tea Axvlediani azərbaycanlıların sıx yaşadıqları Kvemo Kartli bölgəsinə səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, o, səfər çəçivəsində Marneuli rayonunda ictimaiyyət nümayəndələri ilə görüş keçirib.

Görüşdə T.Axvlediani vətəndaş inteqrasiyası sahəsində əldə olunan nailiyyətlər və bu sahədə mövcud problemlərdən danışıb.

Dövlət naziri bildirib ki, etnik azlıq nümayəndələri ilə vətəndaş bərabərliyi və inteqrasiya, keyfiyyətli təhsilin əlçatanlığı, dövlət dilinin tədris səviyyəsinin yüksəldilməsi və Gürcüstanın mədəni müxtəlifliyinin qorunub saxlanılması məsələləri müzakirə olunub: “Onların fikirləri və ideyaları ilə tanışılıq mənim üçün xüsusən vacib idi. Belə ki, biz vətəndaş bərabərliyi və inteqrasiya üzrə yeni strategiya üzərində iş aparırıq”.

Son xəbərlər

Orphus sistemi