Gürcüstanın dövlət büdcəsinə dəyişiklik edilir

Region
  • 09 iyun, 2020
  • 07:05
Gürcüstanın dövlət büdcəsinə dəyişiklik edilir

Gürcüstanın 2020-ci il üzrə dövlət büdcəsinə dəyişikliklər layihəsi hazırlanıb.

“Report”un yerli bürosu xəbər verir ki, sənəd bu gün ölkə parlamentinə təqdim olunacaq.

Layihəyə əsasən, bu il Gürcüstan iqtisadiyyatında ən azı 4% azalma olacaq. Bundan öncə büdcədə iqtisadi artın 4,5% səviyyəsində müəyyən edilib. Büdcə kəsiri isə 8,5% həddində olacaq.

Qonşu ölkədə 2021-ci ildə 4%-lik, 2022-ci ildə isə 6%-lik iqtisadi artımın olacağı proqnozlaşdırılır.