Gürcüstanın daxili işlər naziri Azərbaycan səfiri ilə görüşüb

Gürcüstanın daxili işlər naziri Azərbaycan səfiri ilə görüşüb Gürcüstanın yeni daxili işlər naziri Vaxtanq Qomelauri Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənovla görüşüb.
Region
25 Sentyabr , 2019 13:19
Gürcüstanın daxili işlər naziri Azərbaycan səfiri ilə görüşüb

Gürcüstanın yeni daxili işlər naziri Vaxtanq Qomelauri Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənovla görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb. 

D.Həsənov V.Qomelaurini Gürcüstanın daxili işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Nazir Gürcüstan və Azərbaycan arasında dostluq münasibətlərinin olduğunu vurğulayıb.

Tərəflər iki ölkənin Daxili İşlər nazirlikləri arasında regional təhlükəsizliyin təmin olunmasında, həmçinin beynəlxalq mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə sıx əməkdaşlığı müzakirə ediblər.

Görüşdə gələcək əməkdaşlığın perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb.

V.Qomelauri yaxın zamanlarda Azərbaycana səfərinin planlaşdırılacağını qeyd edib. 

Son xəbərlər

Orphus sistemi