Gürcüstanın birinci prezidentinin oğlu yaralanıb - YENİLƏNİB

Gürcüstanın birinci prezidentinin oğlu yaralanıb - YENİLƏNİB Tbilisidə yaralanan Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdiyanın oğlu Tsotne Qamsaxurdiyanın vəziyyəti ağırdır.
Region
19 Dekabr , 2019 21:22
Gürcüstanın birinci prezidentinin oğlu yaralanıb - YENİLƏNİB

Tbilisidə yaralanan Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdiyanın oğlu Tsotne Qamsaxurdiyanın vəziyyəti ağırdır.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə T.Qamsaxurdiyanın qardaşı Konstantin Qamsaxurdiya bildirib.

O deyib ki, qardaşına sinə nahiyəsindən xəsarət yetirilib və hazırda təcili əməliyyat olunur.

Yerli mətbuatın yazdığına görə, T.Qamsaxurdiya soyuq silahla yaralanıb. Ona keçmiş qonşusu David Bacelidzenin xəsarət yetirdiyi bildirilir. 2009-cu ildə T.Qamsaxurdiya D.Bacelidzeni yaraladığına görə saxlanılıb.


***20:11

Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdiyanın oğlu Tsotne Qamsaxurdiya yaralanıb.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə Tbilisinin Vera rayonunda baş verib.

T.Qamsaxurdiya xəstəxanaya yerləşdirilib.

Faktla bağlı qəsdən adam öldürməyə cəhd maddəsi üzrə istintaq başlanılıb. 

Son xəbərlər

Orphus sistemi