Gürcüstan prokurorluğu: Saakaşvilinin ekstradisiyası üçün prosedurlar davam etdirilir

Region
  • 30 may, 2019
  • 10:32
Gürcüstan prokurorluğu: Saakaşvilinin ekstradisiyası üçün prosedurlar davam etdirilir
Mixeil Saakaşvili

Gürcüstanın Baş Prokurorluğu sabiq prezident Mixeil Saakaşvilinin ekstradisiya prosesini davam etdirir.

“Report”un yerli bürosu xəbər verir ki, bunu prokuror Koka Katsitadze bildirib.

Onun sözlərinə görə, vətəndaşlığın itirilməsi və ya bərpa olunmasının cinayət məsuliyyətinə aidiyyatı yoxdur və bu proseslər ekstradisiya prosedurlarına təsir göstərə bilməz: “Mixeil Saakaşvilinin ekstradisiya proseduru Baş Prokurorluq tərəfindən başlanılıb və bu qanuni prosedurlar dayandırılmayıb”.

K.Katsitadze qeyd edib ki, M.Saakaşvili Gürcüstan məhkəməsində törətdiyi cinayətlərə görə cavab verməlidir. 

44 - Tezliklə