Gürcüstanın baş naziri müxalifətin tələblərinə cavab verib

Gürcüstanın baş naziri müxalifətin tələblərinə cavab verib “Növbədənkənar parlament seçkiləri ilə bağlı prinsipial mövqeyimiz dəyişməz olaraq qalır"
Region
118
2 Mart , 2021 13:20
Gürcüstanın baş naziri müxalifətin tələblərinə cavab verib
İrakli Qaribaşvili
0 : 00
0 : 00

“Növbədənkənar parlament seçkiləri ilə bağlı prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Bu, “qırmızı xət”dir. Bu məsələ müzakirə olunmayacaq”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili müxalifətin tələblərini jurnalistlərə şərh edərkən deyib.

Hökumət başçısının sözlərinə görə, erkən seçkilərin tələbi üçün heç bir qanuni əsas mövcud deyil.

O bildirib ki, ötən gün keçirilən görüş müxalifətin konstruktiv hissəsi ilə aparılan danışıqların davam etdiriləcəyi və uğurla başa çatdırılacağı ilə bağlı nikbinliyə əsas verir.

Müxalifətin Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın azad edilməsi ilə bağlı tələbinə gəlincə, İ.Qaribaşvili hüquq-mühafizə orqanlarının fəaliyyətinə müdaxilənin mümkün olmadığını qeyd edib.

Baş nazir vurğulayıb ki, seçki islahatlarının aparılması üçün konkret addımların atılmasına başlanılıb.

Son xəbərlər

Orphus sistemi