Gürcüstanın baş naziri: “İşğalla mübarizədə sülhə alternativ yoxdur”

Gürcüstanın baş naziri: “İşğalla mübarizədə sülhə alternativ yoxdur” “Gürcüstanın işğalı siyasi baxışlarda fərqə baxmayaraq, bizim hər birimizi birləşdirir.”
Region
8 Avqust , 2019 11:17
Gürcüstanın baş naziri: “İşğalla mübarizədə sülhə alternativ yoxdur”

“Gürcüstanın işğalı siyasi baxışlarda fərqə baxmayaraq, bizim hər birimizi birləşdirir.”

“Report”un yerli bürosu xəbər verir ki, bunu jurnalistlərə Gürcüstanın Baş naziri Mamuka Baxtadze bildirib.

Onun sözlərinə görə, işğal ümummilli ağrı və çağırışdır: “Əminəm ki, Gürcüstan işğalı mütləq aradan qaldıracaq. Bugünkü gün böyük ağrı və sağalmaz yaradır”.

M.Baxtadze qeyd edib ki, işğalla mübarizədə sülh və inkişafa alternativ yoxdur: “Bu yol bizi Gürcüstanın işğaldan tam azad olunması ilə bağlı ali məqsədimizə mütləq çatdıracaq”.

Qeyd edək ki, baş nazir prezident Salome Zurabişvili və hökumət üzvləri ilə birgə Muxatqverdi qardaşlıq qəbirstanlığında 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsində həlak olanların xatirəsini yad edib.

2008-ci ilin avqustun 8-də başlayan Rusiya-Gürcüstan müharibəsi 5 gün davam edib. Müharibədə 170 gürcü hərbçi, Daxili İşlər Nazirliyinin 14 əməkdaşı, 224 dinc sakin həlak olub, 1045 hərbçi daxil olmaqla 2 232 nəfər isə yaralanıb. Beşgünlük müharibə Rusiyanın Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrinin işğalı ilə nəticələnib.

Son xəbərlər

Orphus sistemi