Gürcüstanın azərbaycanlı müftisi vəzifəsini tərk edib

Gürcüstanın azərbaycanlı müftisi vəzifəsini tərk edib Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) müftisi Hacı Yasin Əliyev vəzifəsindən ayırılıb.
Region
2794
26 Sentyabr , 2020 18:30
Gürcüstanın azərbaycanlı müftisi vəzifəsini tərk edib

Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) müftisi Hacı Yasin Əliyev vəzifəsindən ayrılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə GMİ-dən bildirilib.

Şərqi Gürcüstan üzrə müfti öz istəyi əsasında sağlamlıq durumu ilə bağlı istefa verib.

Y.Əliyevin vəzifəsini müvəqqəti olaraq Hacı Eyvaz Mərdanov icra edəcək.

Yeni müfti yaxın gələcəkdə GMİ-nin Ali Dini Şurası tərəfindən seçiləcək.

Qeyd edək ki, Gürcüstanda iki müfti var. Onlardan biri azərbaycanlıların sıx yaşadıqları Kvemo Kartli, digəri isə Acarıstan bölgəsi üzrədir. 

 Hacı Yasin Əliyev
Hacı Yasin Əliyev

 

Son xəbərlər

Orphus sistemi