Gürcüstanın azərbaycanlı meri vəzifəsini tərk edib

Gürcüstanın azərbaycanlı meri vəzifəsini tərk edib Gürcüstanda deputatlığa namizəd olan Marneuli rayonunun meriZaur Darğallıvəzifəsini tərk edib.
Region
716
1 Sentyabr , 2020 18:10
Gürcüstanın azərbaycanlı meri vəzifəsini tərk edib
Zaur Darğallı

Gürcüstanda deputatlığa namizəd olan Marneuli rayonunun meri Zaur Darğallı vəzifəsini tərk edib.

“Report”un yerli bürosu xəbər verir ki, buna səbəb bu gündən seçkiöncəsi 60 günlük təbliğat-təşviqat kampaniyasının başlamasıdır.

Merin səlahiyyətlərini onun müavinlərindən biri icra edəcək.

Z.Darğallı bu gündən seçicilərlə görüşlərə start verib. 

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 31-nə təyin olunub. Z.Darğallı majoritar deputatlıq mandatı uğrunda Marneuli-Qardabani dairəsi üzrə mübarizə aparacaq.

Orphus sistemi