Tbilisi. 12 noyabr. REPORT.AZ/ Gürcüstanda gənclərin təmsil olunduğu 38 təşkilat Baş nazir Mamuka Baxtadzeyə müraciət təqdim edib.
“Report”un yerli bürosunun verdiyi xəbərə görə,
Təşkilatlar şuranın yaradılmasında fəal iştirak etməyə hazır olduqlarını bildirib.
“Gürcüstanda baş vermiş son proseslər göstərdi ki, hökumət və cəmiyyət arasında kommunikasiyada müəyyən baryerlər mövcuddur. Gənclərdən ibarət Məsləhət Şurası hökumət və gənclər arasında vasitəçi rolu oynaya bilər. Biz inanırıq ki, gənclərin hökumətin fəaliyyətinə cəlb olunması həm ölkə, həm də ölkədə yaşayan gənclər üçün müsbət nəticələr verəcək”, - müraciətdə qeyd olunub.
Müraciət müəllifləri bildiriblər ki, Gürcüstan hökuməti Gənclərdən ibarət Məsləhət Şurasının yaradılmasını dəstəkləsə, bu sahədə üçüncü ölkə olacaq. Belə ki, Kanada və Böyük Britaniya hökumətləri yanında analoji şuralar fəaliyyət göstərir.
Baş nazirə ünvanlanan müraciətə Gürcüstanda yaşayan milli azlıqların təmsil olunduğu gənclər təşkilatları da qoşulub. Sənədi həmçinin Gürcüstanın Azərbaycanlı Gənclərinin İttifaqı da imzalayıb.