Gürcüstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi yaradılacaq

Gürcüstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi yaradılacaq Tbilisi. 28 sentyabr. REPORT.AZ/ Gürcüstanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində seçki məntəqəsi yaradılacaq.
Region
28 Sentyabr , 2018 21:47
Gürcüstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi yaradılacaq

Tbilisi. 28 sentyabr. REPORT.AZ/ Gürcüstanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində seçki məntəqəsi yaradılacaq.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında qərar qəbul edilib.

Qərara əsasən, səfirlikdə 4, 5 və 6 saylı seçki məntəqələri fəaliyyət göstərəcək. Məntəqələrdə Azərbaycanda daimi yaşayan və həmçinin müvəqqəti olan səsvermə hüququna malik, konsulluq və ya ünvan qeydiyyatında olan Gürcüstan vətəndaşları səs verə biləcəklər.

Prezident seçkiləri ilə bağlı ümumilikdə 41 ölkədə 59 seçki məntəqəsi açılacaq.

Gürcüstanda prezident seçkiləri oktyabrın 28-də keçiriləcək. Seçkilərdə iştirak etmək üçün 25 namizəd qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi