Gürcüstanın Azərbaycana borcu dəyişməyib

Region
  • 13 aprel, 2020
  • 10:22
Gürcüstanın Azərbaycana borcu dəyişməyib

Gürcüstanın Azərbaycana 6, 291 milyon ABŞ dolları həcmində borcu var.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında bildirilib.

Aprelin 1-nə olan məlumata görə, aylıq müqayisədə qonşu ölkənin Azərbaycana borcu dəyişməz olaraq qalıb.

Gürcüstanın ümumi xarici borcu isə 5 688, 261 milyon ABŞ dollarına bərabərdir. Bu həcmin 5 442, 597 milyon ABŞ dolları hökumətin payına düşür.

Qonşu ölkənin ən çox borcu olduğu ölkələri Almaniya (373, 930 mln. dollar), Fransa (325, 255 mln. dollar) və Yaponiyadır (213, 296 mln. dollar).

Gürcüstanın Türkiyə, Rusiya və Ermənistana borcu aylıq müqayisədə dəyişməyərək müvafiq olaraq 12, 105 milyon dollar, 48, 565 milyon ABŞ dolları və 6, 771 milyon ABŞ dollarına bərabərdir.

Son xəbərlər

Bütün Xəbər Lenti