Gürcüstanın Avropa İttifaqı ölkələrinə vizasız səfər edəcək ilk vətəndaşının adı açıqlanıb

Gürcüstanın Avropa İttifaqı ölkələrinə vizasız səfər edəcək ilk vətəndaşının adı açıqlanıb Bu baş nazir Georgi Kvirkaşvili olacaq
Region
28 Mart , 2017 10:05
Gürcüstanın Avropa İttifaqı ölkələrinə vizasız səfər edəcək ilk vətəndaşının adı açıqlanıb

Bakı. 28 mart. REPORT.AZ/ Gürcüstanın Avropa İttifaqı ölkələrinə vizasız səfər edən ilk vətəndaş baş nazir Georgi Kvirkaşvili olacaq.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, məlumatı hökumətin mətbuat xidməti yayıb.

İnformasiyaya əsasən, G.Kvirkaşvili konfransda iştirak etmək üçün martın 28-də Yunanıstanın paytaxtı Afinaya, oradan isə Avropa İttifaqının rəhbərliyi ilə görüşmək üçün Belçikanın paytaxtı Brüsselə səfər edəcək.

Qeyd edək ki, martın 28-dən Gürcüstan vətəndaşları Şengen zonasına daxil olan ölkələrə vizasız səfər edə və getdikləri yerdə 90 gün qala bilərlər. 

Son xəbərlər

Orphus sistemi