Sabah Gürcüstandan azərbaycanlıların vətənə növbəti təxliyəsi həyata keçiriləcək.
Bu barədə “Report”un yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.
Təxliyə olunanların 119-u Azərbaycan vətəndaşıdır. Siyahıda Gürcüstan və Rusiya vətəndaşları da yer alıb.
Həmin şəxslər bu gün Tbilisidə xüsusi laboratoriyada öz hesablarına koronavirusla bağlı testdən keçiriliblər. Nəticələrin bu günün sonunda məlum olacağı gözlənilir.
COVID-19 aşkarlanmayanlara xüsusi arayış veriləcək və onlar sabah saat 10:00-da avtobuslarla Tbilisidən Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.
Qeyd edək ki, pandemiya dövründə Gürcüstandan iki minə yaxın azərbaycanlının vətənə çatdırılması təmin olunub.