Gürcüstandakı prezident seçkiləri ilə bağlı 40-a yaxın ölkədə seçki məntəqəsi yaradılacaq

Gürcüstandakı prezident seçkiləri ilə bağlı 40-a yaxın ölkədə seçki məntəqəsi yaradılacaq Prezident seçkiləri oktyabrın 28-də keçiriləcək
Region
22 Sentyabr , 2018 17:37
Gürcüstandakı prezident seçkiləri ilə bağlı 40-a yaxın ölkədə seçki məntəqəsi yaradılacaq

Tbilisi. 22 sentyabr. REPORT.AZ/ Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkiləri ilə bağlı 40-a yaxın ölkədə seçki məntəqəsi açacaq.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə MSK-nın mətbuat katibi Ana Mikeladze keçirdiyi brifinqdə bildirib.

O deyib ki, xarici ölkələrdə seçki məntəqələri sentyabrın 28-dən gec olmayaraq yaradılacaq və onların ünvanları MSK-nın rəsmi internet səhifəsində yerləşdiriləcək.

A.Mikeladze xaricdə olan Gürcüstan vətəndaşlarının prezident seçkisi üzrə səsvermədə iştirak qaydalarını da açıqlayıb: “Seçki hüququna malik Gürcüstan vətəndaşları xarici ölkədə səsvermədə iştirak etmək üçün konsulluq qeydiyyatı və ya ünvan qeydiyyatında olmalıdırlar. Qeydiyyatı olmayan vətəndaşlar oktyabrın 7-nə qədər müvafiq diplomatik nümayəndəlik və ya konsulluq idarələrində qeydiyyatdan keçməlidirlər”.

Gürcüstanda prezident seçkiləri oktyabrın 28-də keçiriləcək. Bu günə qədər 19 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb, 6 nəfərin isə namizəd kimi qeydiyyatı ilə bağlı prosedur həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi