Gürcüstanda yeni televiziyanın yayımına icazə verilib

Region
  • 05 sentyabr, 2019
  • 11:46
Gürcüstanda yeni televiziyanın yayımına icazə verilib

Gürcüstanın Milli Kommunikasiya Komissiyası yeni “Mtavari arxi” (“Əsas kanal”) televiziya kanalının yayımına icazə verib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə teleşirkətin direktoru Nika Qvaramia məlumat verib.

O bildirib ki, komissiya şirkətin təqdim etdiyi sənədləri araşdırıb və onların qanunun tələblərinə cavab verdiyini müəyyən edib.

N.Qvaramia qeyd edib ki, “Mtavari arxi” sentyabrın 9-da bütün Gürcüstan üzrə yayıma start verəcək.

Qeyd edək ki, N.Qvaramia “Rustavi 2” televiziya kanalının keçmiş baş direktorudur. O, bu ilin iyulunda vəzifəsindən uzaqlaşdırılandan sonra ötən ay yeni teleşirkət təsis edib. 

44 filmi