Gürcüstanda xüsusi əməliyyat zamanı 7 Ukrayna vətəndaşı saxlanılıb

Gürcüstanda xüsusi əməliyyat zamanı 7 Ukrayna vətəndaşı saxlanılıb Tbilisi. 2 dekabr. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi şəhərində xüsusi əməliyyat zamanı 7 Ukrayna vətəndaşı saxlanılıb.
Region
2 Dekabr , 2018 15:30
Gürcüstanda xüsusi əməliyyat zamanı 7 Ukrayna vətəndaşı saxlanılıb

Tbilisi. 2 dekabr. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi şəhərində xüsusi əməliyyat zamanı 7 Ukrayna vətəndaşı saxlanılıb.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Ukrayna vətəndaşları odlu silah və partlayıcı maddələrin qanunsuz əldə olunması və saxlanılmasında şübhəli bilinirlər.

Faktla bağlı istintaq aparılır. Hadisə barədə ətraflı məlumat verilmir.

Saxlanılan şəxslərdən hansı silahların müsadirə olunduğu məlum deyil.

Son xəbərlər

Orphus sistemi