Gürcüstanda uşaq bağçasında kütləvi zəhərlənmə olub

Gürcüstanda uşaq bağçasında kütləvi zəhərlənmə olub Gürcüstanın Martvili rayonunda 2 saylı uşaq bağçasında kütləvi zəhərlənmə baş verib.
Region
30 Sentyabr , 2019 17:46
Gürcüstanda uşaq bağçasında kütləvi zəhərlənmə olub

Gürcüstanın Martvili rayonunda 2 saylı uşaq bağçasında kütləvi zəhərlənmə baş verib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, müxtəlif qruplardan olan 15 uşaq xəstəxanaya çatdırılıb. Onların hamısında qusma və diareya müşahidə olunub.

Gürcüstanın Milli Qida Agentliyinin nümayəndələri uşaq bağçasında olub və laborator araşdırmalar üçün qida məhsullarından nümunələr götürüblər.

Son xəbərlər

Orphus sistemi