Gürcüstanda ÜDM 5,8% artıb
- 19 dekabr, 2019
- 07:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin üçüncü rübündə Gürcüstanda nominal ÜDM 13 446,5 milyon lariyə bərabər olub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
ÜDM-in real artım tempi illik müqayisədə 5,8% olub, ÜDM deflyatoru isə 7,2% artıb.
İyul-sentyabr aylarında qonşu ölkədə real artım tikinti (17,1%), topdan və pərakəndə satış, avtomobil və motosikllərin təmiri (9,8%), incəsənət, əyləncə və rekreasiya (19,9%), istehsal (4,9%), informasiya və kommunikasiya (18,2%), daşınmaz əmlak (3,8%), səhiyyə və sosial fəaliyyət (8,1%), təhsil (6,3%) sahələrində qeydə alınıb.
Azalma isə mədənçıxarma və karxana (-2,2%), maliyyə və sığorta fəaliyyəti (-2,2%), dövlət idarəçiliyi və müdafiə; icbari sosial təminat (-4%) sahələrində müşahidə olunub.
Hesabat dövründə ÜDM-də ən böyük paya ticarət (14,3%), daşınmaz əmlak (10,9%), istehsal (10,8%), tikinti (10%) və digər sahələr sahib olub.