Gürcüstanda ÜDM 2,2% artıb
- 19 iyun, 2020
- 07:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin birinci rübündə Gürcüstanda nominal ÜDM 11 063,8 milyon lari təşkil edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
ÜDM-in real artım tempi illik müqayisədə 2,2%-ə bərabər olub, ÜDM deflyatoru isə 6,1% artıb.
Yanvar-martda qonşu ölkədə real artım sağlamlıq və sosial fəaliyyət (13,5%), incəsənət, əyləncə və rekreasiya (16,2%), istehsal (5,7%), tikinti (6,7%), təhsil (7,5%), dövlət idarəçiliyi və müdafiə, icbari sosial təminat (4,2%), daşınma və anbar təsərrüfatı (4,7%), informasiya və kommunikasiya (7,6%), daşınmaz əmlak fəaliyyəti (1,6%) sahələrində müşahidə olunub.
Azalma isə peşə, elmi və texniki fəaliyyət (-13,1%), maliyyə və sığorta fəaliyyəti (-6,1%), elektrik enerjisi, qaz, buxar və kondisioner təchizatı (-6,6%) sahələrində qeydə alınıb.
Hesabat dövründə ÜDM-də ən böyük paya ticarət (13,5%), daşınmaz əmlak (12,9%) və istehsal (9,5%) sahələri sahib olub.