Gürcüstanda turistlər üçün QR kodlu yeni tətbiq hazırlanır

Gürcüstanda turistlər üçün QR kodlu yeni tətbiq hazırlanır Tətbiq özəl sektor üçün də yaxşı alət olacaq
Region
104
28 Aprel , 2021 19:45
Gürcüstanda turistlər üçün QR kodlu yeni tətbiq hazırlanır

Gürcüstanda turistin statusunun müəyyən edilməsi üçün yeni tətbiq hazırlanır.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Ekaterina Tikaradze bildirib.

Onun sözlərinə görə, tətbiqdəki QR-kod vasitəsilə ziyarətçinin son 72 saat ərzində test verməsi, koronavirusa yoluxub-yoluxmaması, peyvəndin hər iki dozasını vurdurub-vurdurmaması barədə məlumat əldə etmək mümkün olacaq.

Nazir tətbiqin özəl sektor üçün də yaxşı alət olacağını qeyd edib.

Son xəbərlər

Orphus sistemi