Gürcüstanda taksi sürücüsünü öldürüb yandıran şəxs saxlanıldı
Region
- 18 fevral, 2020
- 06:19
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanda Qardabani rayonunda azərbaycanlıların yaşadığı Qaracalar kəndində ötən gün taksi sürücüsünü qətlə yetirən 23 yaşlı şəxs saxlanılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
İstintaqla müəyyən olunub ki, saxlanılan şəxs 1956-cı il təvəllüdlü taksi sürücüsünü öldürüb, sonra avtomobili yandırıb və hadisə yerindən qaçıb.
Saxlanılan şəxs əvvəllər oğurluğa görə məhkum olunub. O, hadisədən bir neçə saat sonra yaxalanıb.
Faktla bağlı istintaq qəsdən adamöldürmə maddəsi üzrə aparılır. Cinayəti törədən şəxsi 7 ildən 15 ilədək həbs cəzası gözləyir.
Son xəbərlər
05:18
"Binance" haker hücumundan sonra 2,5 milyard dollardan çox aktivi dondurub
Maliyyə
04:57
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
Futbol
04:34
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
Digər ölkələr
03:48
Venesuelaya yeni xarici işlər naziri təyin edilib
Digər ölkələr
03:27
Çexiyalı milyarder "Ray-Ban" holdinqi üçün 30 milyard avro təklif edib
Biznes
02:48
"Anthropic" ABŞ hökumətini geridə qoyaraq "SpaceX"in ən böyük müştərisi olub
Digər ölkələr
02:36
"Fars": İranın cənub-şərqində partlayışlar olub
Region
02:10
Bitkoinin qiyməti kripto bazarda kütləvi ləğvlər fonunda 79 min dollardan aşağı düşüb
Maliyyə
01:55
İsraildə parlament seçkilərində Netanyahunun "Likud" Partiyası qalib gəlib
Digər ölkələr