Gürcüstanda son sutkada koronavirusdan 60 nəfər ölüb 

Gürcüstanda son sutkada koronavirusdan 60 nəfər ölüb  Gürcüstanda son sutkada koronavirusa 2 571 yeni yoluxma halı təsdiqlənib, 60 nəfər vəfat edib.
Region
8 Sentyabr , 2021 10:42
Gürcüstanda son sutkada koronavirusdan 60 nəfər ölüb 

Gürcüstanda son sutkada koronavirusa 2 571 yeni yoluxma halı təsdiqlənib, 60 nəfər vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 570 493-ə, ölənlərin sayı isə 7 977-yə yüksəlib.

Son 24 saat ərzində 3 668, ümumilikdə isə 527 337 nəfər müalicə olunaraq sağalıb.

Bu günə olan aktiv xəstə sayı 35 153 nəfərdir.

Son xəbərlər

Orphus sistemi