Gürcüstanda son sutkada koronavirusa 58 nəfər yoluxub, ölən olmayıb

Gürcüstanda son sutkada koronavirusa 58 nəfər yoluxub, ölən olmayıb Gürcüstanda ötən sutkada koronavirusa 58 yeni yoluxma faktı qeydə alınıb, ölən olmayıb.
Region
25 Aprel , 2022 10:46
Gürcüstanda son sutkada koronavirusa 58 nəfər yoluxub, ölən olmayıb

Gürcüstanda ötən sutkada koronavirusa 58 yeni yoluxma faktı qeydə alınıb, ölən olmayıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Məlumata əsasən, daha 213 nəfər müalicə olunaraq sağalıb.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 1 654 313 nəfər yoluxub. Onların 1 636 004-ü sağalıb, 16 800-ü isə vəfat edib.

Son xəbərlər

Orphus sistemi