Gürcüstanda qatar yandı, sərnişinlər təxliyə edildi - VİDEO - YENİLƏNİB
Region
- 14 fevral, 2020
- 10:14
Zuqdidi-Tbilisi sərnişin qatarında yanğına kontakt şəbəkəsində baş verən qısaqapanma səbəb olub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstan Dəmir Yolları” SC-nin yaydığı məlumatda deyilib.
Bildirilib ki, qəza nəticəsində qatarın hərəkəti dayandırılıb və sərnişinlər alternativ yolla təyinat məntəqəsinə çatdırılıblar.
Sərnişinlər arasında xəsarət alan olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
*** 13:42
Gürcüstanda Zuqdidi-Tbilisi sərnişin qatarında yanğın baş verib.
“Report”un yerli bürosu xəbər verir ki, yanğın qatar Abaşa şəhəri yaxınlığından keçərkən başlayıb.
Sərnişinlər qatardan təxliyə edilib. Yanğın zamanı xəsarət alanların olmadığı bildirilir.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Gürcüstanda qatar yandı, sərnişinlər təxliyə edildi - VİDEO - YENİLƏNİB
Son xəbərlər
11:40
"Bayer 04" Kərim Benzema ilə danışıqlar aparması barədə iddiaları təkzib edib
Futbol11:40
Rəsmi Bakı Kosta-Rika, Salvador, Qvatemala və Hondurası təbrik edib - ƏLAVƏ OLUNUB
Xarici siyasət11:37
Rusiya səfiri Danimarka XİN-ə çağırılıb
Digər ölkələr11:35
AMB I yarımildə ölkəyə və ölkədən pul köçürmələrinin məbləğini açıqlayıb
Maliyyə11:35
Foto
İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd edilib
Elm və təhsil11:30
Foto
Azərbaycan İnvestisiya Holdinqi və L"İMAD Strateji Əməkdaşlıq Sazişi imzalayıblar
Biznes11:30
Özbəkistanla Azərbaycan qarşılıqlı ticarətin inkişafı üçün platforma hazırlayır
İKT11:26
Bürhanəddin Duran: Türk dünyasının gələcəyi keçmişimizdən və sabaha baxışımızdan asılıdır
Xarici siyasət11:24