Gürcüstanda şəhər meri istefa verdi

Gürcüstanda şəhər meri istefa verdi Gürcüstanın Kutaisi şəhərinin meri Giorgi Çiqvaria tutduğu vəzifədən ayrılıb.
Region
8 Aprel , 2020 13:23
Gürcüstanda şəhər meri istefa verdi
0 : 00
0 : 00

Gürcüstanın Kutaisi şəhərinin meri Giorgi Çiqvaria tutduğu vəzifədən ayrılıb.

“Report”un yerli bürosunun xəbərinə görə, bu barədə o, özünün “Facebook” səhifəsində yazıb.

G.Çiqvaria siyasətdən getməyə qərar verdiyini bildirib: “Səlahiyyət müddətimin başa çatmamasına baxmayaraq, vəzifəmi tərk etməyə qərar verdim. Lakin mən şəhərdə qalıram və onun qayğısını çəkəcəyəm”.

Qeyd edək ki, G.Çiqvaria 2017-ci ilin noyabrında Kutaisinin meri seçilib.

Son xəbərlər

Orphus sistemi