Tbilisi. 26 yanvar. REPORT.AZ/ Gürcüstanın Tsxaltubo şəhərində yerləşən şaurmaxanaların birində partlayış baş verib.
“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, partlayışa qaz sızması səbəb olub.
Nəticədə 3 nəfər xəsarət alıb. Onlar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı istintaqa başlanılıb.