Gürcüstanın Qara dəniz sahillərindəki kurortlarında evlər su altında qalıb

Gürcüstanın Qara dəniz sahillərindəki kurortlarında evlər su altında qalıb Hadisə yerinə xilasetmə və təcili yardım xidmətləri səfərbər edilib
Region
3 Oktyabr , 2017 17:12
Gürcüstanın Qara dəniz sahillərindəki kurortlarında evlər su altında qalıb

Bakı. 3 oktyabr. REPORT.AZ/ Gürcüstanın qərbində davamlı yağan yağışlar nəticəsində ölkənin Qara dəniz sahilindəki Ureki kurort qəsəbəsində yaşayış binalarının birinci mərtəbələrini su basıb.

"Report" "Novosti-Qruziya"ya istinadən xəbər verir ki, rayon administrasiyasından hadisə yerinə xilasetmə və təcili yardım xidmətlərinin səfərbər edildiyi bildirilib.

Əlverişsiz hava şəraiti ilə əlaqədar Quriya regionunun Ozurqeti şəhərinin administrasiyası fövqəladə vəziyyətdə işləyir.

Yağışlar Quriya ilə yanaşı, qonşu Acarıstan regionuna da zərər vurub. Yağışlarla əlaqədar torpaq sürüşməsi hallarının qeydə alındığı Kobuleti rayonunda iki evə ziyan dəyib. Evlərə dəyən ziyanı geoloqlar araşdırır.

Son xəbərlər

Orphus sistemi