Tbilisi. 28 noyabr. REPORT.AZ/ Gürcüstanda prezident seçkilərinin ikinci turunu 66300-dən çox müşahidəçi izləyir.
"Report" xəbər verir ki,
Seçki prosesi, təqribən, 2300 yerli və xarici jurnalist tərəfindən işıqlandırılır.
Seçkilərdə iki namizəd - hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze mübarizə aparır.
Oktyabrın 28-də keçirilmiş prezident seçkilərinin birinci turunda S.Zurabişvili 38,64%, Q. Vaşadze isə 37,74% səs toplayıb.
Qeyd edək ki, bu gün Gürcüstanda prezident seçkilərinin ikinci turu keçirilir. Bugünkü seçkilər Gürcüstanın dövlət başçısının birbaşa səsvermə yolu ilə seçiləcəyi son seçkidir. Qonşu ölkənin yeni prezidenti 6 il müddətinə seçiləcək.