Gürcüstanda polis azərbaycanlıların yığcam yaşadıqları qəsəbədə xüsusi əməliyyat keçirir

Region
  • 19 sentyabr, 2017
  • 16:20
Gürcüstanda polis azərbaycanlıların yığcam yaşadıqları qəsəbədə xüsusi əməliyyat keçirir

Tbilisi. 19 sentyabr. REPORT.AZ/ Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi əməliyyat qrupu azərbaycanlıların yığcam yaşadıqları Poniçala (Soğanlı) qəsəbəsində xüsusi əməliyyat keçirir. 

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə "Rustavi-2" televiziyası məlumat yayıb.

DİN-in məlumatına görə, əməliyyat narkotik alverçilərini saxlamaq üçün keçirilir. Hələlik bir nəfər narkotik alverçisinin tutulduğu bildirilir. 

Əməliyyat davam edir.