Gürcüstanda ötən sutkada koronavirusdan 25 nəfər ölüb

Gürcüstanda ötən sutkada koronavirusdan 25 nəfər ölüb Gürcüstanda son sutkada daha 1 006 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib, 1 050 nəfər sağalıb, 25 pasiyent isə vəfat edib.
Region
26 Yanvar , 2021 11:01
Gürcüstanda ötən sutkada koronavirusdan 25 nəfər ölüb

Gürcüstanda son sutkada daha 1 006 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib, 1 050 nəfər sağalıb, 25 pasiyent isə vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 254 822 yoluxma faktı qeydə alınıb. Yoluxanların 244 446-sı sağalıb, 3 096-sı isə dünyasını dəyişib.

Aktiv koronavirus xəstələrinin sayı 7 254 nəfər təşkil edir.

Son xəbərlər

Orphus sistemi