Gürcüstanda koronavirusun “Omikron” ştamına 58 yeni yoluxa halı təsdiqlənib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Hazırkı dövrədək COVID-19-un mutasiyaya uğramış variantına yoluxanların sayı 1 009-a yüksəlib.
Qeyd edək ki, qonşu ölkədə “Omikron”a ilk yoluxma faktı dekabrın 20-də qeydə alınıb.