Gürcüstanda son sutkada daha 3 020 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 3 387 nəfər sağalaraq evə buraxılıb, 34 pasiyent isə vəfat edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 79 678 nəfərə çatıb. Onların 62 061-i sağalıb, 703-ü isə dünyasını dəyişib.
Hazırda karantin rejimində 2 326, stasionar nəzarətdə 5 592 nəfər saxlanılır. Xəstəliyi yüngül formada keçirən 3 280 nəfər isə xüsusi otellərdə müalicə olunur.