Gürcüstanda təsdiqlənən koronavirusa yoluxma hallarını sayı 108-ə çatıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Koronaviruslu xəstələrin 20-si sağalıb. Hazırda ölkədə 88 aktiv infeksiya daşıyıcısı var.
Karantində 5 114, stasionar nəzarətdə isə 263 nəfər saxlanılır.