Gürcüstanda koronavirusa yoluxanların sayı 900 mini ötüb

Gürcüstanda koronavirusa yoluxanların sayı 900 mini ötüb Gürcüstanda ötən sutka ərzində daha 3 123 nəfərin koronavirusa yoluxduğu müəyyən olunub.
Region
16 Dekabr , 2021 10:46
Gürcüstanda koronavirusa yoluxanların sayı 900 mini ötüb

Gürcüstanda ötən sutka ərzində daha 3 123 nəfərin koronavirusa yoluxduğu müəyyən olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Məlumata əsasən, xəstəlikdən daha 4 215 nəfər müalicə olunaraq sağalıb, 39 pasiyent isə vəfat edib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 901 202 nəfər yoluxub. Onların 849 090-ı sağalıb, 12 918-i isə ölüb.

Son xəbərlər

Orphus sistemi