Gürcüstanda koronavirusa yoluxanların sayı 242-yə çatdı

Region
  • 11 aprel, 2020
  • 16:29
Gürcüstanda koronavirusa yoluxanların sayı 242-yə çatdı

Gürcüstanda koronavirusa doqquz yeni yoluxma halı qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə yerli hökumətin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 242 nəfərə çatıb. Onların 57-si sağalıb, 3-ü isə ölüb.

Hazırda karantində 4 856, stasionar nəzarətdə isə 370 nəfər saxlanılır.