Gürcüstanda koronavirusa yoluxanların sayı artıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Qeyd edilir ki, ölkədə COVID-19-a yoluxanların sayı 134-ə çatıb, onların 26-sı sağalıb.
Karantində 5 550, stasionar nəzarətdə isə 281 nəfər saxlanılır.
Hazırda Gürcüstanda 108 koronavirus xəstəsi var.