Gürcüstanda koronavirusa yoluxanların sayı 10 mini ötdü

Gürcüstanda koronavirusa yoluxanların sayı 10 mini ötdü Gürcüstanda son sutka ərzində koronavirusa 472 yeni yoluxma halı qeydə alınıb, 318 nəfər sağalıb, 3 pasiyent isə vəfat edib.
Region
8 Oktyabr , 2020 11:11
Gürcüstanda koronavirusa yoluxanların sayı 10 mini ötdü

Gürcüstanda son sutka ərzində koronavirusa 472 yeni yoluxma halı qeydə alınıb, 318 nəfər sağalıb, 3 pasiyent isə vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının ümumi sayı 10 225-ə çatıb. Sağalanların sayı 5 553, ölənlərin sayı isə 66 olub.

Hazırda karantində 5 574, tibbi nəzarətdə 836 nəfər saxlanılır. Xəstəliyi simptomsuz və ya yüngül keçirən 1 338 nəfər isə xüsusi otellərdə müalicə olunur.

Son xəbərlər

Orphus sistemi