Gürcüstanda koronavirusa yoluxan azərbaycanlı qadının hazırkı durumu açıqlandı

Gürcüstanda koronavirusa yoluxan azərbaycanlı qadının hazırkı durumu açıqlandı “Koronavirus diaqnozu qoyulan 62 yaşlı Marneuli sakininin hazırkı ümumi vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb”.
Region
575
1 Aprel , 2020 14:02
Gürcüstanda koronavirusa yoluxan azərbaycanlı qadının hazırkı durumu açıqlandı

“Koronavirus diaqnozu qoyulan 62 yaşlı Marneuli sakininin hazırkı ümumi vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Dövlət Tibb Universitetinin 1 saylı klinikasının direktoru Levan Ratiani bildirib.

O deyib ki, qadın həm də şəkər diabeti xəstəsidir: “Bununla yanaşı pasiyentdə ürək çatışmazlığı da var və o, həkimə çox gec müraciət edib”.

L.Ratiani qeyd edib ki, klinikada koronavirusdan müalicə olunan 79 və 80 yaşlı pasiyentlərin də vəziyyəti qənaətbəxşdir.

Son xəbərlər

Orphus sistemi