Gürcüstanda koronavirusa qarşı dərman icad edilib
Region
- 24 yanvar, 2022
- 14:23
Gürcü həkim, tibbi onkologiya və genetika məsələləri üzrə ekspert Aleksandre Tavartkiladze koronavirusa qarşı dərman icad edib.
“Report”un yerli bürosu xəbər verir ki, “Soulageur” adlı preparat Gürcüstanda COVID-19 xəstələrinin müalicəsində artıq tətbiq olunur.
Bioloji aktiv qida əlavəsi olan dərman ötən ilin noyabrından Gürcüstanda müalicə təlimatına daxil edilsə də, hələ apteklərdə satılmır.
“Soulageur” 90 %-dən aşağı saturasiyası olan 18 yaşdan yuxarı pasiyentlərə yazılır. Preparat koronavirusun ilk simptomlarının aşkarlanmasından 7 gün keçmədiyi halda təyin olunur.
Koronaviruslu pasiyentlərin müalicəsində dərmanın istifadəsinin müsbət nəticələr verdiyi bildirilir.
Preparatın kliniki tədqiqatları davam etdirilir.
Son xəbərlər
02:21
İran Trampın təhdidlərindən qorxmadığını açıqlayıb
Region01:57
Kubanın enerji sistemindəki nasazlığa görə tədbirlər görülür - YENİLƏNİB
Digər ölkələr01:51
Rubio FIFA ətrafındakı qalmaqalı NATO sammiti ilə əlaqələndirib
Digər ölkələr01:51
Roberto Martines: İspaniya ilə matç əlavə vaxta getməli idi
Futbol01:36
Luis de la Fuente: Heyətimizdə yüksək səviyyəli 26 futbolçu var
Futbol01:28
Rodri Portuqaliya - İspaniya matçının ən yaxşısı olub
Futbol01:22
Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq
Region01:02
Foto
DÇ-2026: İspaniya Portuqaliya üzərində qələbə qazanaraq 1/4 finala yüksəlib - YENİLƏNİB-4
Futbol00:48