Gürcüstanda koronavirusa yoluxanların sayı 3 nəfər artaraq 735-ə çatıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
İndiyədək qonşu ölkədə COVID-19-dan 557 nəfər sağalıb, 12 nəfər isə vəfat edib.
Hazırda ölkə üzrə karantində 3 076, stasionar nəzarətdə isə 250 nəfər saxlanılır.