Gürcüstanda koronavirusa 551 yeni yoluxma qeydə alınıb, 23 nəfər ölüb

Gürcüstanda koronavirusa 551 yeni yoluxma qeydə alınıb, 23 nəfər ölüb Gürcüstanda ötən sutkada daha 551 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 880 nəfər sağalaraq evə buraxılıb, 23 pasiyent isə vəfat edib.
Region
11 Yanvar , 2021 11:04
Gürcüstanda koronavirusa 551 yeni yoluxma qeydə alınıb, 23 nəfər ölüb

Gürcüstanda ötən sutkada daha 551 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 880 nəfər sağalaraq evə buraxılıb, 23 pasiyent isə vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə pandemiya başlayandan bu günədək COVID-19-a 239 780 yoluxma halı təsdiqlənib. Yoluxan şəxslərin 226 215-i sağalıb, 2 796-sı isə ölüb.

Aktiv koronavirus xəstələrinin sayı 10 743 təşkil edir.

Son xəbərlər

Orphus sistemi