Gürcüstanda koronavirusa 407 yeni yoluxma qeydə alınıb

Gürcüstanda koronavirusa 407 yeni yoluxma qeydə alınıb Gürcüstanda ötən sutkada koronavirusa 407 yeni yoluxma halı təsdiqlənib, 3 nəfər vəfat edib.
Region
1 Aprel , 2022 11:01
Gürcüstanda koronavirusa 407 yeni yoluxma qeydə alınıb

Gürcüstanda ötən sutkada koronavirusa 407 yeni yoluxma halı təsdiqlənib, 3 nəfər vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da Gürcüstanda indiyədək COVID-19 infeksiyasına yoluxanların sayı 1 648 671-ə, ölənlərin sayı isə 16 748-ə yüksəlib.

Son bir gündə 1 303, ümumilikdə isə 1 626 296 nəfər müalicə olunaraq sağalıb.

Son xəbərlər

Orphus sistemi