Gürcüstanda koronavirusa 232 yeni yoluxma qeydə alınıb, ölən olmayıb

Gürcüstanda koronavirusa 232 yeni yoluxma qeydə alınıb, ölən olmayıb Gürcüstanda son sutkada daha 232 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib.
Region
20 Aprel , 2022 10:48
Gürcüstanda koronavirusa 232 yeni yoluxma qeydə alınıb, ölən olmayıb

Gürcüstanda son sutkada daha 232 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Məlumata əsasən, daha 117 nəfər müalicə olunaraq sağalıb, ölən olmayıb.

Pandemiya başlayandan bu günədək qonşu ölkədə COVID-19 infeksiyasına 1 653 692 yoluxma faktı qeydə alınıb. Yoluxanların 1 634 591-i sağalıb, 16 794-ü isə vəfat edib.

Son xəbərlər

Orphus sistemi