Gürcüstanda koronavirusa 17 484 yeni yoluxma qeydə alınıb

Gürcüstanda koronavirusa 17 484 yeni yoluxma qeydə alınıb Gürcüstanda ötən sutkada koronavirusa 17 484 yeni yoluxma halı təsdiqlənib, 27 nəfər ölüb
Region
27 Yanvar , 2022 10:47
Gürcüstanda koronavirusa 17 484 yeni yoluxma qeydə alınıb

Gürcüstanda ötən sutkada koronavirusa 17 484 yeni yoluxma halı təsdiqlənib, 27 nəfər ölüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19 infeksiyasına yoluxanların sayı 1 110 168-ə, ölənlərin sayı isə 14 840-a çatıb.

Son 24 saat ərzində 3 699, ümumilikdə isə 981 531 nəfər müalicə olunaraq sağalıb.

Son xəbərlər

Orphus sistemi