Gürcüstanda koronavirusa 1 562 yeni yoluxma qeydə alınıb, 30 nəfər ölüb 

Gürcüstanda koronavirusa 1 562 yeni yoluxma qeydə alınıb, 30 nəfər ölüb  Gürcüstanda son sutkada koronavirusa 1 562 yeni yoluxma faktı təsdiqlənib, 1 490 nəfər sağalaraq evə buraxılıb, 30 pasiyent vəfat edib
Region
18 May , 2021 10:53
Gürcüstanda koronavirusa 1 562 yeni yoluxma qeydə alınıb, 30 nəfər ölüb 

Gürcüstanda son sutkada koronavirusa 1 562 yeni yoluxma faktı təsdiqlənib, 1 490 nəfər sağalaraq evə buraxılıb, 30 pasiyent vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə bu günə kimi ümumilikdə 332 441 nəfər COVID-19 infeksiyasına yoluxub. Onların 312 349-u sağalıb, 4 499-u isə ölüb.

Ötən 24 saat ərzində 29 685 test yoxlaması həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi