Gürcüstanda koronavirusa 1 194 yeni yoluxma qeydə alınıb, 22 nəfər ölüb

Gürcüstanda koronavirusa 1 194 yeni yoluxma qeydə alınıb, 22 nəfər ölüb Gürcüstanda son sutkada daha 1 194 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 678 nəfər müalicə olunaraq sağalıb, 22 pasiyent ölüb.
Region
29 İyun , 2021 10:47
Gürcüstanda koronavirusa 1 194 yeni yoluxma qeydə alınıb, 22 nəfər ölüb

Gürcüstanda son sutkada daha 1 194 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 678 nəfər müalicə olunaraq sağalıb, 22 pasiyent ölüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə indiyədək COVID-19 infeksiyası 365 068 nəfərdə aşkarlanıb. Onların 351 144-ü sağalıb, 5 297-si vəfat edib.

Ötən 24 saat ərzində 30 minə yaxın test yoxlaması aparılıb.

Son xəbərlər

Orphus sistemi