Gürcüstanda karantin rejimi və ya təcrid qaydalarını pozan fiziki və hüquqi şəxslərə qarşı tətbiq olunan cərimələrin məbləği azaldılıb.
“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan parlamenti İnzibati Xətalar Məcəlləsinə müvafiq düzəlişləri təsdiqləyib.
Düzəlişlərə əsasən, qayda pozuntularına yol verən fiziki şəxslər 2 min lari (627 ABŞ dolları), hüquqi şəxslər isə 10 min lari (3 135 ABŞ dolları) məbləğində cərimə olunacaqlar.
Qaydaların təkrar pozulmasına görə fiziki şəxslərə qarşı 6 il müddətində həbs cəzası, hüquqi şəxslərə qarşı isə cərimə ilə yanaşı, fəaliyyət hüququnun dayandırılması və ya ləğvi nəzərdə tutulub.
Qanunvericiliyə dəyişikliklər mayın 2-də qüvvəyə minəcək.
Qeyd edək ki, hazırda pozuntu hallarına yol verən fiziki şəxslərə 3 min lari (940 ABŞ dolları), hüquqi şəxslərə isə 15 min lari (4 700 ABŞ dolları) məbləğində cərimə yazılır.