Gürcüstanda iki polis əməkdaşı bir-birini güllələyərək öldürüb

Gürcüstanda iki polis əməkdaşı bir-birini güllələyərək öldürüb Gürcüstanın Tsaqeri rayonunun Lacana kəndində atışma baş verib.
Region
26 Noyabr , 2019 23:53
Gürcüstanda iki polis əməkdaşı bir-birini güllələyərək öldürüb

Gürcüstanın Tsaqeri rayonunun Lacana kəndində atışma baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, aralarında mübahisə düşən iki polis əməkdaşı bir-birinə atəş açıb.

Nəticədə hər ikisi aldığı güllə yaralarından ölüblər. 

Polis əməkdaşlarını ayırmağa cəhd edən digər bir nəfər isə xəsarət alıb. O, xəstəxənaya aparılıb. 

Şahidlərin sözlərinə görə, silahlı insidentdən öncə mübahisə baş verib.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. 

Son xəbərlər

Orphus sistemi